Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının təşkilatçılığı ilə tanınmış müğənni, Əməkdar artist Aygün Bəylərin (Aygün Hümbətova; 1975-2024) yaradıcılığına həsr olunan dəyirmi masa keçirilib.
Tədbirdə Aygün Bəylərin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, müğənni 1995-ci ildə Şövkət Ələkbərova adına musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb. 2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalında folk-muğam triosunun müşayiəti ilə çıxış edən Aygün Bəylər Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birinci mükafata layiq görülüb.
Tədbirdə iştirak edən müğənninin qızı Canan görüşə görə təşəkkürünü bildirib və “Muğamın tarixi” adlı kitabı kitabxanaya bağışlayıb.