Növbəti tamaşa Möylə Mirzəliyevin 65 illiyinə həsr olunub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin hekayələri əsasında hazırlanmış “Baladadaşın toy hamamı” lirik komediyasının növbəti tamaşası (26 oktyabr) tanınmış aktyor Möylə Mirzəliyevin 65 illik yubileyi münasibətilə oynanılıb.
Aktyorun həyat və yaradıcılığı barədə danışan teatrın direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanını ona təqdim edib.
Möylə Mirzəliyev “Baladadaşın toy hamamı” tamaşasında 62-ci dəfə Qəzənfər obrazı ilə səhnəyə çıxıb.
Digər rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Nadir Xasiyev, Prezident mükafatçıları Mehriban Zaliyeva, Hüseyn Əlili, aktyorlar Əmrah Dadaşov, Ülviyyə Əliyeva, Gültac Əlili, Şaban Cəfərov, Əliməmməd Novruzov, Fərid Rzayev, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Elnarə Nağdəliyeva, Cəbrayıl Cəbrayılov, Telli Hüseynova, Elməddin Dadaşov, Nigar Qarayeva, balaca aktyor Miruğur Əlili ifa ediblər.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, hekayələri səhnələşdirən Əməkdar artist Nofəl Vəliyev, quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı mərhum Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Əməkdar artistlər Leyla və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.