Rusiyanın Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunun nümayəndə heyəti Bakı Xoreoqrafiya Akademiyasında (BXA) qonaq olub.

BXA-nın rəhbərliyi qonaqları qarşılayaraq onlara akademiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Hər iki ali təhsil müəssisəsindən müəllim və tələbələrin iştirak etdiyi görüşdə gələcək birgə əməkdaşlıq imkanları, ikili diplom və müəllim-tələbə mübadiləsi ilə bağlı müzakirə aparılıb.

Sonra Bakı Xoreoqrafiya Akademiyası ilə Çelyabinsk Dövlət Mədəniyyət İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi BXA-nın rektoru vəzifəsini müvəqqəti icra edən Nailə Məmmədzadə, Çelyabinsk Dövlət Mədəniyyət İnstitutunun rektoru Sergey Sinetski imzalayıblar.

Memorandumda təhsil müəssisələri universitetlər arasında pedaqoji kadr və tələbə mübadiləsi, birgə təhsil proqramlarının, ustad dərslərinin təşkili nəzərdə tutulub.