M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində növbəti konsert 8 Noyabr - Zəfər Gününə həsr olunub.

Filarmoniyadan bildirilib ki, konsertdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev, baletmeyster Əməkdar artist Ceyhun Qubadov, xormeyster Əməkdar artist Naala Baratelia, musiqi rəhbəri Mahir İbrahimov) musiqisevərlərə öz ifa və rəqslərini təqdim ediblər.

Həmçinin Azərbaycanın xalq və bəstəkar mahnıları, milli rəqsləri ifa olunub.