Parisdə Reza Deqatinin sərgisi
Parisdə İqlim Akademiyasında məşhur fotoqraf Reza Deqatinin “COP29 – insanın təbiəti” sərgisi açılıb.
Sərgidə Reza Deqatinin 50 il müddətində müşahidə etdiyi və bugünkü humanitar və ekoloji fövqəladə vəziyyəti əks etdirən fotoları nümayiş olunur. Burada Əfqanıstan, Əlcəzair, Qazaxıstan, Misir, Suriya, Türkiyə kimi ölkələrlə yanaşı, Azərbaycanda çəkilmiş fotolar da sərgilənir. Qarabağda çəkilmiş “Nar” müharibə vaxtı onu dərmək üçün bağda olan uşağın düşmən bombasına tuş gəlməsini xatırladır.
Reza Deqati bildirir ki, fotoqrafiyanın universal dili geniş auditoriyaya təsir edir. Sərginin İqlim Akademiyasında təşkili də təsadüfi deyil. COP29 ərəfəsində bir daha ictimaiyyəti maarifləndirmək üçün məhz bu akademiya seçilib. Təbiətin gözəlliyi qarşısında insanın əli ilə törətdiyi fəlakətlər arasında Reza Deqatinin sərgisi ekoloji maarifləndirmə və məlumatlandırma üçün vasitəçilik tədbirlərinin əsasını təşkil edir.
“COP29 – insanın təbiəti” sərgisi dekabrın 20-dək ziyarətçilərə açıq olacaq.