Üzeyir Hacıbəylinin Ev-Muzeyində "Uşaq hüquqları aylığı" çərçivəsində "Melody School" incəsənət və elm mərkəzi müəllim və şagirdlərinin iştirakı ilə noyabrın 30-da "Klassik musiqi sədaları" adlı konsert proqramı təşkil olunub.

Tədbiri açıq elan edən Muzeyin ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri, bəstəkar Vəfa Bağırzadə "Melody School"un kollektivinə uğurlar arzulayıb.

Konsert proqramında görkəmli bəstəkarlar Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev, Rauf Hacıyev, Vaqif Mustafazadə, Ferens List və Dmitri Şostakoviçin əsərləri, eləcə də Azərbaycan xalq mahnıları səsləndirilib.

Vəfa Bağırzadə uğurlu çıxışlarına görə muzey adından "Melody School"un rəhbəri və piano müəllimi Leyla Eminovaya təşəkkürnamə təqdim edib.

Sonda xatirə şəkilləri çəkdirilib.