Mədəniyyət Nazirliyi tərəfindən musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarının tədris proqramı yenilənib.
Yenilənmə müasir təhsil standartlarına uyğunlaşdırılaraq, şagirdlərin tətbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etmək məqsədi daşıyır. Əsas yeniliklərdən biri proqramda Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılmasıdır.
Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha əhatəli şəkildə tədris ediləcək. Fortepiano, tar və violin siniflərində tətbiq olunacaq metodika gənc istedadların potensialını daha da inkişaf etdirməyə, onları peşəkar musiqi təhsili ilə təmin etməyə istiqamətlənib.
Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.
Linkə (Tar, violin, fortepiano ) daxil olaraq, yenilənmiş tədris proqramlarını yükləyib ətraflı tanış ola bilərsiniz.