Noyabrın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər salnaməmiz” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, Fövqəladə Hallar Nazirliyi Akademiyasının zabit və kursantları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb.

Çıxış edənlər bildiriblər ki, 2020-ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib.

Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi şagirdlərinin ifasında Vətən müharibəsinə həsr olunmuş bədii kompozisiya, Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimov adına 146 nömrəli məktəbin müəllim və şagirdlərinin ifasında isə “Zəfər nəğməsi” mahnısı səsləndirilib, rəqslər nümayiş olunub.