Milli Arxiv İdarəsinin Dövlət Arxivində 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə məşhur artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri olmuş Səməd bəy Mehmandarov haqqında kitabın müəllifi, tədqiqatçı-jurnalist Vasif Quliyevlə görüş keçirilib.

Görüşdə Bakı Dövlət Universiteti Tarix fakültəsinin tələbələri və arxiv əməkdaşları iştirak ediblər.

Arxivin direktor müavini Səyyarə Hacıyeva çıxış edərək görkəmli hərbçi Səməd bəy Mehmandarovun həyat və fəaliyyəti haqqında məlumat verib.

“Mehmandarovlar” kitabının müəllifi Vasif Quliyev apardığı arxiv araşdırmaları haqqında danışıb.

Əməkdar jurnalist Elşən Əliyev kitabın əhəmiyyətindən bəhs edib, onun həmçinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə olduğunu deyib.

Xalq artisti Eldost Bayram kitabdan parçaları qiraət edib.

Tədbir iştirakçılarına Vasif Quliyevin Azərbaycan və ingilis dillərində nəşr olunmuş “Şuşa qalası” broşürlər seriyası hədiyyə edilib.