Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun möhtəşəm Qələbəsindən danışıblar.
Qeyd olunub ki, bu müharibədə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə öz gücünü, xalqımızın birliyini, Ordumuzun yenilməzliyini bütün dünyaya göstərib.
Tədbirdə tanınmış müğənnilər və “Səma” rəqs qrupunun ifasında musiqi və rəqs nömrələri təqdim edilib.