İstanbuldakı Bahceşehir Universitetində tələbələrdən ibarət “Türk dünyası” klubu tərəfindən Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərinin dördüncü ildönümü münasibətilə tədbir keçirilib.
Türkiyənin Bahceşehir Universitetində Qarabağ Zəfərinin dördüncü ildönümü münasibətilə tədbir keçirilib. Mərasim universitetin tələbələrindən ibarət “Türk dünyası” klubu tərəfindən təşkil edilib.
Çox sayda tələbənin qatıldığı tədbirdə əvvəl şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Mərasimdə Bahceşehir Universitetinin rektorunun müşaviri İhsan Alpargın çıxış edərək Qarabağ Zəfərinin Türk dünyası üçün əhəmiyyətindən danışıb.
Proqrama fəxri qonaq qismində dəvət edilən “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı Səidə Ömər şanlı Zəfərimizi əks etdirən şeirlər səsləndirib.
Qeyd edək ki, 500-dən çox azərbaycanlı tələbənin təhsil aldığı Bahçeşehir Universitetində yaxın tarixlərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulur.