Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bayram konsertində Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu,  solistlər Ayşən Mehdiyeva, Fəxri Kazım Nicat, Rövşən Qəhrəmanov, Aynur İsgəndərli, Ramazan Şərifzadə vətənpərvərlik ruhunda yurdumuzu vəsf edən ifalar təqdim ediblər. Zəfər soraqlı musiqi nömrələrinin səsləndirildiyi konsert alqışlarla qarşılanıb. Bayram şöləni tamaşaçılara unudulmaz anlar yaşadıb.