“Hamıya Vətənimizi gəzməyə daha çox vaxt ayırmağı arzu edirəm”

 

COP29 çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri təqdim edilib.

“Azər­bay­can. Tə­biətin seh­rin­də” (Azer­baijan. Ins­pi­red by Na­tu­re) ki­ta­bı­nın ide­ya müəl­li­fi Hey­dər Əli­yev Fon­du­nun vit­se-pre­zi­den­ti Ley­la Əli­ye­va, la­yi­hə rəh­bə­ri Pre­zi­den­tin kö­mək­çi­si Anar Ələk­bə­rov­dur.

Nəşr­də Azər­bay­ca­nın fü­sun­kar tə­biəti, flo­ra və fauna­sı­na dair fo­to­şə­kil­lər, mə­lu­mat­lar yer alıb. Ki­tab oxu­cu­la­rı Azər­bay­ca­nın ecaz­kar tə­biəti ilə ta­nış et­mək­lə ya­na­şı, bu zən­gin­li­yin əhə­miy­yə­ti­ni, onun qo­ru­nub sax­la­nıl­ma­sı­nın va­cib­li­yi­ni gün­də­mə gə­ti­rir.

2020-ci il­dən start gö­tü­rən la­yi­hə çər­çi­və­sin­də çə­ki­lən yüz­lər­lə fo­to ara­sın­da uni­kal kadr­lar­la ya­na­şı, na­dir hey­van, quş və bit­ki növ­lə­ri­ni də gör­mək olar. La­yi­hə Azər­bay­can tə­biəti­nin müx­tə­lif­li­yi­ni təs­vir edə­rək öl­kə­nin bü­tün re­gion­la­rı­nı, mil­li park­lar və qo­ruq­la­rı­nı əha­tə edib. La­yi­hə üz­rə vi­deoçə­ki­liş­lər apa­rı­lıb, vi­deoçarx­lar və sə­nəd­li film ha­zır­la­nıb.

Tədbirdə çıxış edən Leyla Əliyeva deyib: “Dünyada təbiət qədər dəyərli heç nə yoxdur. Biz hava ilə nəfəs alırıq. Susuz üç gün də yaşaya bilmərik. Torpaqdan, ağaclardan enerji alırıq, onunla qidalanırıq. Təəssüf ki, gün ərzində insan bunun haqqında çox az düşünür. İnanıram ki, bu kitabda toplanmış şəkillər Azərbaycanın gözəlliklərini təqdim edəcək, insanlara təbiəti sevməyi və qorumağı bir daha xatırladacaq. Atalarımız demişkən: “Gəzməsən, bilməzsən”. Hamıya Vətənimizi gəzməyə daha çox vaxt ayırmağı arzu edirəm. Mən bu möhtəşəm iş üçün bütün komandaya təşəkkürümü bildirmək istəyirəm və Lerikdə birlikdə keçirdiyimiz günləri heç zaman unutmayacağam. Bu kitab bizi təbiəti sevməyə və qorumağa çağırır. Təbiət bizə həyat bəxş edir, biz də onu sevməyi öyrənək”.

Layihənin fotoqraflarından Aleksey Lyokin çəkilişlər zamanı ölkəmizin bütün guşələrinə səfər etdiklərini, bölgələrin nadir təbiəti ilə tanış olduqlarını bildirib. Qeyd olunub ki, çəkilişlər təbiətin bütün gözəlliyini maksimum dərəcədə göstərmək üçün ilin bütün fəsillərində aparılıb:

“İşğaldan azad olunmuş ərazilərdə – Qarabağda və Şərqi Zəngəzurda çəkilişlər zamanı qeyri-adi hisslər yaşadıq. Qarabağ və Şərqi Zəngəzurun gözəlliyi göz oxşayır. Kəlbəcərdə yerləşən İstisu bulağı və Şuşadakı Çətir şəlaləsi möhtəşəmdir. Kəlbəcərdəki bazalt qayaları diqqəti cəlb edir”, – deyən A.Lyokin dünyanın ən qədim yaşayış məskənlərindən sayılan Azıx mağarasında aparılan çəkilişləri də vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərbaycan. Təbiətin sehrində” nəşrinin ilk nüsxələrini təqdimatda iştirak edən ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikə və İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquruya (Caqqi Vasudev) təqdim edib.

Qeyd edək ki, kitab Azərbaycan və ingilis dillərində hazırlanıb. Nəşrə daxil olan fotolardan ibarət sərgi və lentə alınan sənədli filmin təqdimatı da nəzərdə tutulub.