“Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi və Azərbaycan Rəqs Assosiasiyasının birgə əməkdaşlığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Payız əfsanələri – 2024” adlı incəsənət və rəqs müsabiqəsi keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Məlikov adına 11 nömrəli onbirillik Uşaq musiqi məktəbinin şagirdləri müsabiqədə uğurla iştirak ediblər.
Müsabiqənin nəticələrinə əsasən, məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Mikayıl Məmmədli (müəllim: Zümrüd Səfiyeva), Rəşad Məmmədli (Samir Şahbəddinov), Dəniz İsmayılova (Roza Parmas) I dərəcəli laureat, Duyğu Fərruxzadə (Roza Parmas), Fidan Fərruxzadə (Roza Parmas), Nuray Qurbanlı (Günel Əzizova), Nəzrin Həsənova (Günel Əzizova), Nigar Qurbanlı (Nurlanə Rəsulova) II dərəcəli laureat, Mələk Əsgərli (Nurlanə Rəsulova) III dərəcəli laureat, Nəzrin İsmayılova (Əsmər Həsənli) “fəal iştirakçı” adına layiq görülüblər.