ADMİU-nun SABAH qruplarının aktyor sənəti ixtisası üzrə IV kurs tələbələri (Fətəli Abdullayev, Nurlan Ağayev, Emil Həmidov, Zeynəb İslamova, Cəfər Cəfərli) Moskva şəhərində keçirilən MDB ölkələrinin “GİTİS – master-klass” teatr festivalına qatılıblar.

Tələbələr noyabrın 14-də festival çərçivəsində Çingiz Aytmatovun eyniadlı povesti əsasında səhnələşdirilmiş “Dəniz kənarı ilə qaçan alabaş” tamaşasını göstəriblər.

Nümayişdən sonra Rusiya, Qırğızıstan, Özbəkistan nümayəndələri tamaşa haqqında müsbət fikir bildirib, aktyor oyunu və rejissor işini bəyəndiklərini vurğulayıblar.

Tamaşanın quruluşçu rejissoru ADMİU SABAH mərkəzinin rəhbəri Əməkdar artist Nofəl Vəliyevdir.