Görkəmli dramaturq Süleyman Sani Axundovun “Tamahkar” əsəri Dərbənd Dövlət Azərbaycan Dram Teatrında (Dağıstan, Rusiya Federasiyası) özünün yeni səhnə həyatını yaşayacaq.
Bu barədə teatrın baş rejissoru Əməkdar artist Sərvər Əliyev məlumat verib. Hazırda tamamlanma işləri aparılan tamaşa noyabrın sonlarında teatrsevərlərə təqdim olunacaq.
Səhnə əsərinə Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Xalq artisti Firudin Məhərrəmov quruluş verir. Birhissəli komediyanın səhnə tərtibatçısı Dağıstanın Əməkdar rəssamı Dəmir İsakovdur.
Rolları Dağıstanın Əməkdar artistləri Əli Mövsüm Abbasov, Mahir Məlikov, Rəhilə Ömərova, Məhərrəm Ömərov, aktyorlar Hörmət Aslanov, Səidə Əliyeva, Sərxan Səmədov, Əli Ağalarov oynayırlar.