Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Dövlətimizin başçısı COP29-da iştirak etdiyinə görə ICESCO rəhbərinə minnətdarlığını bildirib.

Salim bin Məhəmməd əl-Malik COP29-un yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub. Dövlətimizin başçısı bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ICESCO-nun Mərakeşdə yerləşən qərargahında olmasının və Salim bin Məhəmməd əl-Malik ilə görüşünün onda çox xoş təəssürat doğurduğunu vurğulayaraq, orada göstərilən qonaqpərvərliyə görə baş direktora minnətdarlığını bildirib.

Görüşdə əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.