Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə ilk dəfə olaraq Salyan Dövlət Rəsm Qalereyasının "Caz rəsmlərdə" yaradıcılıq sərgisi Biləsuvarda nümayiş olunacaq.

Noyabrın 26-da saat 15:00-da Biləsuvar Dövlət Rəsm Qalereyasında gerçəkləcək sərgi görkəmli cazmen, bəstəkar, pianoçu, Azərbaycanda caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin (1940-1979) xatirəsinə həsr edilib.

Sərgidə peşəkar və həvəskar rəssamların 40-dək əsəri nümayiş olunacaq. Canlı caz musiqilərinin də ifa olunacağı sərgiyə giriş sərbəstdir.