Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən noyabrın 23-də Qobustan Milli Tarix-Bədii Qoruğu ərazisində ağacəkmə aksiyası həyata keçirilib.
Aksiyanın məqsədi ekoloji tarazlığın qorunması işinə töhfə vermək olub.

Ölkəmizin 11-22 noyabr tarixlərində ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) münasibətilə təşkil olunan aksiya zamanı nazirliyin əməkdaşları ərazinin iqlim şəraitinə uyğun  çoxsaylı müxtəlif növ ağac tingləri əkib, onlara aqrotexniki qulluq göstərilib.