Azərbaycan

 

27 noyabr 1870 – Məşhur şərqşünas, maarifçi Mirzə Kazım bəy (Mirzə Məhəmməd Əli Hacı Qasım oğlu; 22.6.1802 –1870) vəfat edib. Peterburq Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olub.

27 noyabr 1912 – Xalq artisti, aktyor və rejissor İsa Həsən oğlu Musayev (1912 – 8.2.1976) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında fəaliyyət göstərib.

27 noyabr 1919 – Əməkdar incəsənət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (Məmmədov; 1919 – 16.1.1998) anadan olub. “Gülmək cana faydadır”, “Qarğa, məndə göz var” və s. komediyaların, yumoristik hekayələrin müəllifidir.

27 noyabr 1934 – Əməkdar incəsənət xadimi, dirijor Kazım Ağalar oğlu Əliverdibəyov (1934 – 19.12.2022) Bakıda anadan olub. Opera və Balet Teatrında işləyib. Bakı Musiqi Akademiyasının professorudur, Türkiyədə (İzmir Konservatoriyası) dərs deyib.

27 noyabr 1945 – Əməkdar rəssam, heykəltəraş Namiq Əbdülxaliq oğlu Dadaşov (1945 – 7.10.2021) Bakıda anadan olub. Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.

27 noyabr 2015 – Görkəmli dilçi alim, akademik Tofiq İsmayıl oğlu Hacıyev (1.5.1936 – 2015) vəfat edib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru olub.

 

28 noyabr 1852 – Şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794 – 1852) vəfat edib. Gəncədə doğulub, 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib.

28 noyabr 1907 – Maarifçi, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842-1907) vəfat edib. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub.

28 noyabr 1933 – Əməkdar artist, vokal ifaçısı Adil İbrahim oğlu Məlikov (1933 – 19.5.2009) Astara rayonunda doğulub. Akademik Opera və Balet Teatrının solisti olub.

28 noyabr 1939 – Bəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova (1939 – 17.7.2022) anadan olub. Müxtəlif janrlarda əsərlərin (“Vətən şəhidləri” kantatası, “Əhval-ruhiyyələr”, “Azərbaycan təranələri” və s.) müəllifidir.

28 noyabr 1940 – Tanınmış şair, aşıq Alqayıt Bayram oğlu Xəlilov (1940 – 12.1.2013) Qərbi Azərbaycanda (Ermənistan SSR) – Göyçə mahalının Daşkənd kəndində anadan olub.

28 noyabr 1943 – Əməkdar rəssam Rafael Abbas oğlu Abbasov (1943 – 3.12.2020) Bakıda anadan olub. Portretlər, süjetli tablolar, natürmortlar, Abşeron və Naxçıvanın təbiətini tərənnüm edən mənzərələrin müəllifidir. 

28 noyabr 2009 – Xalq rəssamı Rafiq Mahmud oğlu Mehdiyev (10.6.1933 – 2009) vəfat edib. Kitab və dəzgah qrafikası sahəsində çalışıb, həmçinin rəngkarlıq əsərlərinin müəllifidir.

 

29 noyabr 1920 – Əməkdar rəssam Güllü Hacağa qızı Mustafayeva (1920–1993) anadan olub. Əsərləri: “Leyli və Məcnun məktəbdə”, “Şairə Məhsətinin portreti” və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.

29 noyabr 1928 – Azərbaycanın, SSRİ-nin və Rusiyanın Xalq rəssamı Tahir Teymur oğlu Salahov (1928 – 21.5.2021) Bakıda doğulub. SSRİ Dövlət mükafatına, Azərbaycanın və Rusiyanın Dövlət mükafatlarına, Sosialist Əməyi Qəhrəmanı adına, Azərbaycanın ali təltifi olan “Heydər Əliyev” ordeninə (2008) layiq görülüb. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olub. Məşhur əsərləri: “Bəstəkar Qara Qarayevin portreti”, “Təmirçilər”, “Növbədən qayıdanlar”, “Səhər eşelonu” və s.

29 noyabr 1994 – Əməkdar incəsənət xadimi, rəssam Kamal Əhməd oğlu Əhmədov (28.2.1940 – 1994) vəfat edib.

29 noyabr 2009 – Əməkdar artist Firdovsi Qiyas oğlu Naibov (22.4.1935 – 2009) vəfat edib. Akademik Milli Dram, Gənc Tamaşaçılar teatrlarının aktyor olub.

29 noyabr 2010 – Xalq artisti, diktor Fatma Ağacabbar qızı Cabbarova (7.11.1920 – 2010) vəfat edib. Azərbaycanın ilk radio diktorlarından olub.

 

30 noyabr 1934 – Şair, tərcüməçi İlyas Oruc oğlu Tapdıq (1934 – 25.12.2016) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. “Meşənin mahnısı”, “Qızlar və qağayılar”, ”Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.

30 noyabr 1973 – Əməkdar artist Cabbar Əli oğlu Əliyev (15.1.1904 – 1973) vəfat edib. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib. 

30 noyabr 1973 – Əməkdar incəsənət xadimi, rəssam İzzət Əli qızı Seyidova (20.10.1910 – 1973) vəfat edib. İlk azərbaycanlı qadın teatr rəssamlarından olub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.

30 noyabr 2012 – Əməkdar artist, skripkaçı, pedaqoq Tahir İsrafil oğlu Atakişiyev (21.8.1927 – 2012) vəfat edib.

 

1 dekabr 1940 – Teatr xadimi, dramaturq, aktyor, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. Kiçik pyes, vodevil və musiqili komediyalar yazıb. “Bakılılar” (1938), “Kəndlilər” (1939) filmlərində çəkilib.

1 dekabr 1940 – Yazıçı-publisist, tərcüməçi Rafiq Savalan (Rafiq İmanqulu oğlu Ağayev; 1940 – 29.10.2023) Bakıda anadan olub. Azərbaycan Televiziyası və Radiosunda işləyib. Rus ədəbiyyatından tərcümələr edib.

1 dekabr 1981 – Bakıda görkəmli aktyor, rejissor Hüseyn Ərəblinskinin 100 illiyinə həsr olunmuş təntənəli gecə keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə iştirak edib.

1 dekabr 2004 – Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933 – 2004) vəfat edib. Kitabları: “Qayalara yazılan səs”, “Yolayrıcında söhbət” və s. Rus dilindən ədəbi tərcümələr edib. Azərbaycanın “İstiqlal” ordeninə layiq görülmüş (1995) ilk şairlərdən biridir.

 

Dünya

 

27 noyabr 1940 – Çin (Honkonq) aktyoru, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee; 1940–1973) anadan olub.

27 noyabr 1942 – Amerikalı rok-musiqiçisi, gitaraçı Cimi Hendriks (Jimi Hendrix – James Marshall Hendrix; 1942–1970) anadan olub.

27 noyabr 1953 – Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O’Neill; 16.10.1888 – 1953) vəfat edib.

 

28 noyabr 1757 – İngilis şairi və rəssamı Vilyam Bleyk (William Blake; 1757–1827) anadan olub.

28 noyabr 1820 – Alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820–1895) anadan olub.

28 noyabr 1829 – Bəstəkar və dirijor, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829–1894) anadan olub.

28 noyabr 1881 – Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig; 1881–1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Maria Stüart”, “Şahmat novellası”, “Dünənki dünya” və s.

 

29 noyabr 1906 – Məşhur kinooperator, sənədli filmlər rejissoru, SSRİ Xalq artisti  Roman Lazareviç Karmen (1906–1978) Odessada anadan olub. “Xəzər neftçiləri haqqında povest” sənədli filminə görə “Azərbaycanın Əməkdar incəsənət xadimi” adına layiq görülüb.

 

30 noyabr 1667 – İngilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667–1745) anadan olub.

30 noyabr 1817 – Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817–1903) anadan olub.

30 noyabr 1835 – Amerika yazıçısı Mark Tven (Mark Twain – əsl adı Samuel Langhorne Clemens; 1835–1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.

 

1 dekabr 1940 – Amerikalı komediya aktyoru, ssenarist Riçard Prayor (Richard Pryor; 1940–2005) anadan olub.

Hazırladı: V.Orxan