“Yeni dünya düzəni və Güney Azərbaycan problemi” adlı elmi məqalələr toplusu çap olunub. Professor Vaqif Sultanlı və əslən Urmiyadan olan, hazırda Norveçdə yaşayan yazıçı, tərcüməçi, publisist İrəc İsmayılın hazırladığı kitabda Güney Azərbaycanın aktual problemlərinə həsr olunmuş müxtəlif məzmunlu araşdırmalar toplanıb.
Kitab Güney Azərbaycanla bağlı tarixi, siyasi-ideoloji və ədəbi-kulturoloji problemlərə aydınlıq gətirilməsi məqsədilə hazırlanıb.
Müəlliflərin kitaba “Güney Azərbaycan problemi çağdaş düşüncə axarında” adlı ön söz yazıblar. Kitabda mövzu-problem baxımından biri digərini tamamlayan məqalələr Azərbaycan araşdırıcıları ilə yanaşı, Türkiyə və Misir alimlərinin əsərlərini də əhatə edir.