Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə media həmrəyliyi” adlı konfrans-konsert keçirilib.
Əvvəlcə “Yaşıl dünya naminə həmrəy olaq” adlı sərgiyə baxış olub.
Qeyd olunub ki, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29-un Bakıda keçirilməsi Azərbaycanın dünyada iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməsinin təzahürüdür.
Bədii hissədə COP29 və Azərbaycan təbiətini özündə əks etdirən videoçarx nümayiş olunub, Şəki şəhər Uşaq incəsənət məktəbinin “Zəfər” ansamblının müşayiəti ilə Fərqanə Salamova “Ölkəm”, Hüsniyyə Hacıyeva və Fərqanə Salamova “Azərbaycan”, Anar Xan “Dağlar”, Sərxan Hüseynov “Mavidir”, Namiq Aslan “Köçür durna qatarı” mahnılarını səsləndiriblər. Həmçinin “İncəlik rəqsi” və “Azərbaycan süitası” kimi rəqs nümunələri ifa olunub.