Ağstafa Dövlət Rəsm Qalereyasında Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsində qalib olmuş “Yaşıl dünya naminə rəqəmsal incəsənət” rəsm müsabiqəsi layihəsinin açılış tədbiri keçirilib.

Layihənin məqsədi orta məktəb şagirdləri arasında ətraf mühit haqqında məlumatlılığı inkişaf etdirmək, rəqəmsal və ənənəvi rəsmlər vasitəsilə yaşıl dünya üçün təhsilin əhəmiyyətinə diqqəti çəkməkdir.

Müsabiqədə iştirak üçün qeydiyyat qaydaları və şərtlər haqqında məlumat verilib. Qeyd olunub ki, 7-18 yaş arası uşaq və yeniyetmələrin qatılacağı müsabiqə ilə yanaşı, layihə çərçivəsində ekoloji məlumatlandırma, rəqəmsal incəsənət alətlərinin təqdimatı və istifadə üsulları mövzusunda təlimlər də keçiriləcək.