Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 90 illik yubileyinə həsr olunmuş daha bir konsert keçirilib.
Filarmoniyadan bildirilib ki, tədbirdə Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı ABİ-nin yubileyi ilə bağlı silsilə konsertlərdən söz açıb, budəfəki proqram haqda məlumat verib.
Sonda bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayevin idarə etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət proqram təqdim olunub.
Konsertin solistləri Xalq artistləri Nəzakət Teymurova, Gülyanaq Məmmədova, Samir Cəfərov, Əməkdar artistlər Almaz Orucova, Sahib Paşazadə, Ramil Qasımov, televiziya muğam müsabiqəsinin laureatı Zabitə Alıyeva və beynəlxalq müsabiqələr laureatı Fəxri Kazım-Nicat olub.