Noyabrın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Bəşəriyyətin ortaq sərvəti – yaşıl dünya, yaşıl həyat” adlı tədbir keçirilib.
Tədbirdə Suraxanı rayon Gənclər və idman sektorunun əməkdaşları, idmançılar, 101 və 114 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində atılan addımlar, bu sahədə həyata keçirilən layihələr, “yaşıl enerji” zonalarının yaradılması haqqında danışıblar.
Tədbirdə həmçinin bu istiqamətdə maarifləndirmə işlərinin aparılması məqsədilə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin il ərzində gördüyü işlər diqqətə çatdırılıb.
Sonra mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.
Daha sonra qonaqlar Suraxanı rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.