Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “CinemaPlus-Azərbaycan”da yerli klassik animasiya filmləri nümayiş olunub.
İttifaqdan bildirilib ki, proqramda böyüklər üçün “Seans”, “Güzgü” və “Sükutun pozulması” animasiya filmləri yer alıb.
Tədbirin moderatoru Sevda Sultanova nümayişə dəstək verən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına və Azərbaycan Dövlət Film Fonduna təşəkkürünü bildirib.
Nümayişdən sonra “Seans” animasiya filminin müəllifi Firəngiz Qurbanova, “Güzgü” və “Sükutun pozulması” filmlərinin rejissorları Elçin Hami Axundov və Məsud Pənahi iştirakçıları maraqlandıran sualları cavablandırıblar.