Dekabrın 3-də saat 10:00-da Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət: arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq konfrans keçiriləcək.
“Birlik irsi. Gələcək üçün ənənələr” çoxillik kompleks proqramı çərçivəsində keçirilən konfrans Ümumrusiya Dekorativ Sənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə reallaşacaq.
Beynəlxalq tədbirə Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, və Tacikistandan nümayəndələr iştirak edəcəklər.
Akademik sessiyalarda “Təbii, maliyyə, informasiya, insan resursları mədəniyyətin inkişafı üçün impuls kimi”, “Təbiət mənbə kimi: xalq yaradıcılığı və peşəkar sənətkarlıqda material və obrazlar”, “MDB məkanında muzeylərarası əməkdaşlıq” mövzuları üzrə məruzələr dinləniləcək.