Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.

Noyabrın 27-də gerçəkləşən konsertdə Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə solist Mirxalid Məmmədzadə (fleyta) çıxış edib.

Proqramda E.Qriqin simli orkestr üçün iki melodiya (op.53), İ.S.Baxın fleyta və simlilər üçün konsert d-moll və C.Vilsonun simli orkestr üçün süitası səsləndirilib.

Bildirək ki, bu il anadan olmasının 150 illiyi qeyd edilən Britaniya bəstəkarı C.Vilsonun (1874-1919) bu əsəri ölkəmizdə ilk dəfə ifa olunub.

Konsert proqramı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.