Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların (proqramların) təsnifatları yenidən təsdiqlənib.
Baş nazir Əli Əsədov 2 dekabr 2024-cü il tarixində bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını imzalayıb.
Eyni zamanda bakalavriat səviyyəsi üzrə ixtisasların (proqramların) və magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) təsnifatları ilə bağlı 2009-cu il və 2011-ci ildə verilmiş müvafiq qərarlar ləğv edilib.
Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni təsnifatlarında “Mədəniyyət ixtisasları qrupu”na bu ixtisaslar daxildir (əlifba sırası üzrə): aktyor sənəti; bəstəkarlıq; dekorativ-tətbiqi sənət; dirijorluq; dizayn; ədəbi yaradıcılıq və ekran dramaturgiyası; heykəltaraşlıq; xoreoqrafiya sənəti; instrumental ifaçılıq; qrafika; musiqişünaslıq; muzey, arxiv işi və abidələrin qorunması; operator sənəti; populyar musiqi və caz ifaçılığı; rejissorluq; rəngkarlıq; sənətşünaslıq; vokal sənəti.