Oksford lüğəti ənənəvi olaraq ilin sözünü elan edib. 2024-cü ilin sözü “breynrot” (“beyin çürüməsi”) olub.

Oksford Universitetinin “Oxford University Press” nəşriyyatı mətbuat xidmətinin məlumatında bildirilir ki, son bir il ərzində bu sözün internetdə axtarışı 230% artıb.

“Breynrot” sözü ilk dəfə amerikalı yazıçı Henri Devid Toro tərəfindən “Uolden və ya meşədəki həyat” kitabında istifadə edilib. Son aylarda o, blogerlərin və jurnalistlərin leksikonuna daxil olub.

Bu il ən çox istifadə olunan sözlər siyahısında “slop” – süni intellekt tərəfindən yaradılan aşağı keyfiyyətli onlayn məzmun, “romanteziya” (“romantik fantaziya”) və başqaları var.