Vatikanda qeyd olunacaq Müqəddəs Yubiley İli (2025) ərəfəsində muzey kompleksinin girişindəki “Cortile delle Corazze” zalında yeni günəş paneli damının açılışı olub.

Layihə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin iyun ayında açıqladığı “yaşıl vizyon”un tərkib hissəsidir. Vatikandakı anbarın damında da günəş panelləri quraşdırılır və bu işlər gələn ilin ilk aylarında yekunlaşacaq.

“Vatikan Dövlətinin beynəlxalq arenada üzərinə götürdüyü öhdəliklər var. Biz onları nəinki yerinə yetiririk, eyni zamanda, digər beynəlxalq reallıqlar üçün nümunə təşkil edirik. Bu barədə COP29-da beynəlxalq səviyyədə məlumat vermişik. 2030-cu il üçün hədəfləri qeyd etmişik və onlara əməl edirik”, – deyə Vatikanın İnfrastruktur və Xidmətlər İdarəsinin rəisi Salvator Farina bildirib.