Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev” başlığı altında tədbir keçirilib.
Anım tədbirində BXA-nın rəhbərliyi və müəllim-şagird heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub. Sonra dahi siyasətçinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu öndərin zəngin həyatı, siyasi fəaliyyəti və Azərbaycan naminə həyata keçirdiyi misilsiz tarixi xidmətlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra şagirdlərin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib, “Ay Laçın” və “Lirik rəqs” adlı rəqs kompozisiyaları təqdim olunub.
Çıxışlarda Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda milli kadrların hazırlanması, ana dilimizin inkişaf etdirilməsi, elm və incəsənət adamlarına göstərilən qayğıdan söz açılıb.
Sonda Şuşa azad olunduqdan sonra Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalında Ümummilli liderin Şuşa və Qarabağla bağlı vaxtilə səsləndirdiyi fikirlərin yer aldığı videoçarx nümayiş olunub. Həmin görüntülərdə Prezident İlham Əliyevin də Şuşa ilə bağlı tarixi çıxışı öz əksini tapıb.