AMEA-nın Folklor İnstitutu Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xalidə Şaiqqızı-Məmmədovanın “Folklorda arxaik motivləşmə: möcüzəli doğuluş” adlı monoqrafiyası çapdan çıxıb.
Kitabda Azərbaycan folklorşünaslığında ilk dəfə möcüzəli doğuluş motivi sistemli və əhatəli şəkildə araşdırmaya cəlb olunub. Tədqiqat işi möcüzəli doğuluş motivinin epik, lirik, dramatik folklorun əsas janrları çərçivəsində öyrənilməsinə həsr olunmuş ilk araşdırma hesab edilir.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 208 səhifəlik monoqrafiyanın elmi redaktoru və ön söz müəllifi filologiya elmləri doktoru, professor Ramazan Qafarlıdır.