M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyinə həsr olunmuş “Orqan və muğam musiqisi axşamı” adlı konsert keçirilib.
Dekabrın 11-də gerçəkləşən musiqili gecədə Bakı Xoreoqrafiya Akademiyasının nəzdindəki “Bakının ulduzları” instrumental ansamblının (bədii rəhbər Lalə Hüseynli) müşayiəti ilə solistlər – Kənan Hüseynov (tar), Rəvan Əhmədov (klarnet), Nihad Mehdizadə (balaban), Məhəmməd Şərifzadə (qarmon), Emil Əhmədzadə (piano), Nihad Məmmədov (kamança), Nizami Mehdizadə (nağara) çıxış ediblər. Konsertdə həmçinin Rasimə Babayeva (orqan), Gülnar Mirqasım (orqan), Kənan Qasımzadə (xanəndə), Nigar Məmmədova (orqan) və Cavad Məmmədov (piano, orqan) iştirak ediblər.
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri və xalq musiqisi səslənib.