Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Ələsgər Ələkbərov adına Xalq teatrı görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının “Dilbər” hekayəsi əsasında tamaşa hazırlayıb.

Kollektiv yeni səhnə işini dekabrın 16-da Şağan qəsəbə Mədəniyyət Mərkəzində nümayiş etdirib.

Tamaşada Dilbər adlı yaşam həvəsli və savadlı bir qızın həyat imtahanı diqqətə mərkəzinə çəkilir. Məcburi şəkildə ərə verilən qız acınacaqlı vəziyyət düşür. Lakin sonda Dilbərin məhkum olduğu həmin mühit ifşa olunur və o, qalib çıxır...

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Nümayişdən sonra Xalq teatrının üzvləri mərkəzin diplomu ilə təltif olunublar.