M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Tofiq Bakıxanovun yaradıcılığına həsr olunmuş “Xoş ovqatlı mahnılar” adlı müəllif konserti keçirilib.
Filarmoniyadan bildirilib ki, bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər - Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Almaz Orucova və Nuriyyə Hüseynova, respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli, Nurlana Abdullayeva, Leyla Dadaşova, Səbinə Əlizadə, Fikrət Məmmədov, Fəxri Kazım-Nicat, Kamran Teymurov (tar), Seymur Mürsəlov (tar) və Rəvanə Qurbanova dinləyicilər qarşısında çıxış ediblər.
Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.