Cəlilabad şəhər Heydər Əliyev seyrəngahında Lənkəran-Astara RMİ-nin iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Gənclər və idmançıların həmrəylik festivalı” keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra festival iştirakçıları Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialı, Cəlilabad Dövlət Rəsm Qalereyası və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin “Roboto texnika” dərnəyinin stendlərinə baxış keçirib, digər qurumların hazırladıqları təqdimat stendləri ilə yaxından tanış olublar.

Tədbir uşaq-gənclər idman məktəbi idmançılarının nümunəvi çıxışları ilə davam edib.

Sonda rəngarəng musiqi proqramı təqdim olunub.