Sumqayıt Dövlət Dram Teatrın aparıcı səhnə ustası Yalçın Səlimov 21dekabr 2024-cü il tarixində, 51 yaşında uzun sürən ağır xəstəlikdən vəfat edib.
Yalçın Üzeyir oğlu Səlimov 1 iyul 1973-cü ildə Bakıda anadan olub. Orta məktəb illərindən teatr sənətinə maraq göstərib. Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun rəhbərlik etdiyi Xalq teatrında öz aktyorluq istedadını göstərməyə başlayıb. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1996-cı ildən taleyini Sumqayıt teatrına bağlayan aktyor çoxsaylı tamaşalarda maraqlı obrazları canlandırıb.
Yalçın Səlimov müxtəlif illərdə İsi Məlikzadənin "Gəl, qohum olaq”, Yucin Onilin “Qarağaclar altında məhəbbət”, Əyyub Qiyasın "Cəhənnəm ekspresi", Con Patrikin "Qocanı öldürməliyik", Hafiz Ataxanlının "Missiya", Ə.Əmirlinin "Varlı qadın", M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah", "Hacı Qara" və digər səhnə əsərlərində fərqli koloritli obrazlarla tamaşaçıların rəğbətini qazınıb.
Aktyor səhnə fəaliyyəti ilə yanaşı, Sumqayıt şəhərinin ictimai-mədəni həyatında da fəal iştirak edib.
Allah rəhmət eləsin.