Yanvarın 14-də Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Xalq artisti, xanəndə Mələkxanım Eyubova ilə görüş keçiriləcək.
Mərkəzdən bildirilib ki, görüş Şamaxı səhər İncəsənət Təhsili Mərkəzində reallaşacaq.
Tədbirdə muğam sənətinin tarixi və inkişafı, milli musiqi mədəniyyətinin təbliği və tədrisi mövzularında söhbət aparılması nəzərdə tutulub. Həmçinin sənətkarın və istedadlı gənclərin ifasında müxtəlif muğam və təsniflər təqdim olunacaq.