11-12 yanvar tarixlərində Rəṣid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə “Ümid – 2025” adlı beynəlxalq incəsənət müsabiqəsi keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri müsabiqədə uğurla iştirak ediblər.

“Solo” nominasiyası üzrə musiqi məktəbinin III sinif şagirdləri Ayxan Quluzadə (müəllim: Dilarə Əhmədova) və Ayşənur Əhmədzadə (müəllim: Rəna Əliyeva) Qran-pri mükafatına layiq görülüblər.

Məktəbin IV sinif şagirdi Nərgiz Yaqubova (müəllim: Nigar Əhmədova) I yerə, birinci sinif şagirdi Zeynəb Əlizadə (müəllim: Dilarə Əhmədova) I dərəcəli diplomant adına, III sinif şagirdi İbrahim Abbasov II yerə, II sinif şagirdi Toğrul Həsənzadə (hər ikisinin müəllimi: Rüfət Mustafayev) III yeri qazanıblar.

Təhsil ocağının I sinif şagirdləri Aliyə Nəbili və Bahar Həsənzadə (müəllim: Dilarə Əhmədova) fəal iştirakçı adına, “Ansambl” nominasiyası üzrə III sinif şagirdləri Xədicə Yusifova, Kübra Həsənli (müəllim: Nigar Əhmədova), IV sinif şagirdi Raul Qəhrəmanlı və III sinif şagirdi İbrahim Abbasov (müəllim: Rüfət Mustafayev) I yerə layıq görülüblər.