Ölkə başçısının tapşırığı ilə Sumqayıtda dənizkənarı yeni bulvar və Sahil parkı layihəsinin uğurla icra olunması şəhərin simasını tamamilə dəyişməklə yanaşı, Sumqayıtın turizm imkanlarını da artırıb.
Yeni dənizkənarı bulvar isti yay günlərində sərin havada istirahət etmək istəyənlərin ən sevimli məkanı olub. Burada müasir infrastruktur yaradılıb, yeni müxtəlif xidmət və iaşə obyektləri tikilib.
Şəhərin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan yeni bulvarda artıq 1 kilometrlik hissə tam hazırdır. Bulvarda kiçikölçülü gəzinti avtobuslarının, avtomobillərin, velosipedsürənlərin maneəsiz hərəkəti üçün sahilboyu xüsusi hərəkət zolağı salınıb. İstirahət obyektləri, attraksionlar, kinoklub, idman infrastrukturu da inşa olunur.
Sahildə inşasına başlanılan estakadalarda tikinti-quraşdırma işləri başa çatdıqdan sonra turistlər üçün gəzinti gəmilərinin hərəkəti də təmin olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar