Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (DTT) “Beynəlxalq turizm barometri” nəşrinin son nömrəsində may-avqust aylarında şimal yarımkürəsində beynəlxalq turistlərin sayının 500 milyona çatacağı bildirilib.
Qeyd olunur ki, 2016-cı ildə beynəlxalq turizm, ümumiyyətlə, 3,5-4,5 faiz artacaq ki, bu da DTT-nin turizmin inkişafına dair 2010-2020-ci illər üzrə proqnozlarını doğruldur. “Beynəlxalq turizm barometri” nəşrində qeyd edilib ki, 2016-cı il beynəlxalq turizmdə yaxşı göstəricilərlə başlayaraq 5 faiz artıb. Yanvar-aprel ayında beynəlxalq turizmin imkanlarından 348 milyon insan yararlanıb, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon çoxdur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar