Bu ilin ilk yarısında Duzdağ Fizioterapiya Mərkəzinə “Duzdağ” hoteli də daxil olmaqla, 3 min 150 müraciət ünvanlanıb. Müraciət edənlərin 110 nəfəri əcnəbilərdir. Burada müalicə alanlar, əsasən, Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldova, Ukrayna, İran vətəndaşları olub.
Duzdağ Fizioterapiya Mərkəzindən bildirilib ki, buraya ötən il 4 minə yaxın müraciət olub, onların 228 nəfərini xarici ölkə vətəndaşları təşkil edib.
110 metr dərinlikdə yerləşən müalicə mərkəzində iki qadın, iki kişi, bir uşaq palatası və iki istirahət foyesi fəaliyyət göstərir. Yer altındakı duz təbəqəsinin qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir.
Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri - bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Uşaqlar 12-15, böyüklər isə 14-18 gün burada qalmaqla, müalicə almış olurlar. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma qeydə alınır.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar