Xəbər verdiyimiz kimi, “ASAN Könüllüləri” təşkilatının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Sərhəd Xidməti, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT-nin Əhali Fondunun dəstəyi ilə İsmayıllı rayonunda, Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində “Həmrəylik düşərgəsi” təşkil olunub. Düşərgənin açılışı iyulun 20-də keçirilib.

Layihə üzrə 60 könüllü bir həftə ərzində hərbi çadırlarda qalıblar. Layihə müddətində bir sıra təlimlər, sosial aksiyalar və tədbirlər təşkil olunub. Bu tədbirlərdən biri də Niyaldağa yürüş olub. İştirakçılar Azərbaycanın qədim, gözoxşayan tarixi ərazi və abidələri ilə yaxından tanış olublar. Vertikal qrupun dəstəyi ilə həyata keçirilən bu turda gənclərə təbiətlə davranış qaydaları da aşılanıb. Turda əsas məqsəd gənclərin fiziki hazırlığının təmin edilməsinin təşviq olunması və onların fiziki sağlamlığını yüksəltmək, ölkəmizin tarixi barədə gənclərdə praktiki təsəvvürlər formalaşdırmaqdır.
Sonra düşərgəyə qayıdan könüllülər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 15 ölkədən Lahıca gəlmiş əcnəbilərlə görüşüblər. Düşərgə iştirakçıları və əcnəbi qonaqlar birlikdə multikulturalizm dəyərləri əsasında fikir mübadiləsi aparıblar.
Könüllülər daha sonra Gəncə “ASAN xidmət” mərkəzinin teatr truppasının hazırladığı “Məhəbbətin qənimi” tamaşasını izləyiblər. Açıq havada baş tutan tamaşanı qəsəbə sakinləri də maraqla izləyiblər.
Düşərgədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iştirakçılarla görüşüb. O, ASAN könüllülərinin sayının 8 minə çatdığını və onların qısa müddətdə bir çox uğurlu layihələr həyata keçirdiyini vurğulayıb. Agentliyin sədri, eyni zamanda, “ASAN Könüllüləri” təşkilatının layihələrinin və tədbirlərin sosial əhəmiyyətindən danışıb.
Daha sonra görüşdə “Könüllü fəaliyyətini necə təkmilləşdirməli” mövzusunda müzakirələr aparılıb.
Lahıcda “Həmrəylik düşərgəsi” layihəsi iyulun 26-da başa çatıb. Layihənin ölkəmizin digər gəzməli-görməli məkanlarında davam etdirilməsi gözlənilir.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar