“Euronews” kanalında Azərbaycanın çayçılıq ənənələri barədə süjet onlarda bu bölgəyə maraq yaradıb

Lənkəran Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Rusiya, Almaniya, Birləşmiş Ərəb Əmirliyi və Ukraynadan olan turistlər üçün Astara, Lənkəran və Lerik rayonlarına səyahətlər təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyi və “Euronews” telekanalı arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın cənub bölgəsində çay ənənələrinin təbliğ olunması ilə bağlı hazırlanmış süjetdən sonra Lənkəranda və Astarada olan çay plantasiyalarına və çayçılığa maraq artıb.
Rusiya və Almaniyadan olan turistlər Lənkəran Turizm və İnformasiya Mərkəzinə internet vasitəsilə müraciət ünvanlayaraq, süjetdə göstərilən çay plantasiyasına gəzintinin təşkil olunmasına kömək göstərilməsini xahiş ediblər.
Mərkəz tərəfindən xarici turistlər üçün çay plantasiyasına gəzinti təşkil olunub. “Astaraçay” MMC-nin fabrikində turistlər üçün maraqlı tur keçirilib. Turistlər burada çayın istehsalı prosesi ilə yaxından tanış olublar.
Bununla yanaşı, Lənkəran, Astara və Lerikin zəngin təbiəti, mədəniyyəti, flora və faunası barədə turistlərə məlumat verilib, Hirkan Milli Parkına, bölgənin turizm baxımından görməli yerlərinə gəzintilər təşkil edilib.
Əcnəbi turistlər göstərilən xidmətdən razılıqlarını ifadə edərək, növbəti ildə də cənub bölgəsinə səfərə gələcəklərini bildiriblər.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində Lənkərana gələn turistlərin sayı 8 mini ötüb. Onların 14 faizini əcnəbi turistlər təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayona gələn turistlərin, o cümlədən, əcnəbi turistlərin sayı 15 faiz artıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar