Yay mövsümü ilə əlaqədar çimərlik ərazilərində su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirilir.
FHN-dən bildiriblər ki, kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət qaydalarını kobud şəkildə pozduqlarına görə Bakının Türkan və Sahil qəsəbələri istiqamətlərində keçirilən əməliyyat tədbirləri nəticəsində 5 su nəqliyyatı vasitəsinin (hidrosikl) istismarına qadağa qoyulub. Həmin nəqliyyat vasitələri müvəqqəti saxlanca götürülüb. Qeyd olunan gəmilərin istifadəçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar