İyulun 27-də Xızıda “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun Xızı, Şabran və Siyəzən rayonlarından olan 30 üzvü “Turizm müəssisələrində mədəni xidmətin təşkili” adlı təlimdə iştirak ediblər.

Növbəti regional təlim Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı, Azərbaycan Turizm və Menecment Universitetinin işçi heyətinin iştirakı ilə iki müəssisə arasında imzalanmış anlaşma memorandumuna əsasən gerçəkləşib.
Treninqi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları Nurəddin Babayev və Fərhad Abdulov, Azərbaycan Turizm və Menecment Universitetindən Vüsalə Məmmədzadə və Liana Abdullayeva aparıblar. Tədbirdə Xızı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Möhsün Bağırov iştirak edib.
Tədbir zamanı mədəniyyət müəssisələri tərəfindən yerli və xarici turistlərə mədəni xidmətin təşkili barədə ətraflı bəhs edilib, gənc əməkdaşlar arasında fikir mübadiləsi aparılıb, mövzuya dair təkliflər səsləndirilib.
Respublikanın bütün bölgələrini əhatə edəcək təlimlər bitdikdən sonra növbəti mərhələdə gənc mədəniyyət işçiləri ilə turizm müəssisələrinin rəhbərləri arasında görüşlərin təşkili nəzərdə tutulub.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. İştirakçılar üçün görkəmli şair Mikayıl Müşfiqin və böyük dramaturq Cəfər Cabbarlının ev-muzeylərinə ziyarət təşkil olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar