Layihə çərçivəsində kendegel.az saytı istifadəyə veriləcək
Şəmkirdəki “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşən “Şəmkir rayonunda kənd əhalisinin sahibkarlıq imkanlarının inkişaf etdirilməsi” layihəsinin təqdimat mərasimi olub. Layihə “SYNERGY Fond” qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilir.
Mərasimdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, “Şəmkir Kapital Qrup”un baş direktoru Araz Paşayev, QHT-lərə Dövlət Dəstəyi Şurasının baş məsləhətçisi Ramin Cəfərov, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, “Kənd Yaşıl Turizmi” İctimai Birliyinin sədri Qəhrəman Usubov iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycanda kənd turizminin potensialının inkişafına dəstək olmaq üçün Şəmkir rayonunda “Kəndə gəl” pilot layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi kənd turizminin inkişafında kiçik və orta sahibkarların fəaliyyətini artıraraq, turizm sahəsində kəndlərin rolunu yüksəltməkdir. Bu yerlərin tanıdılması və turistlərin istifadəsinin asanlaşdırılması üçün kendegel.az saytı istifadəyə veriləcək. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin tur menecerlərinə bu yerlərin turizm potensialının əyani göstərilməsi üçün infotur təşkil olunacaq.