İstanbulda “Gulf” türk sərgi xidmətləri təşkilatının təşəbbüsü ilə ilk dəfə ərəbcə kitablardan ibarət sərgi açılıb.
Sərginin dünya müsəlmanlarını islam qardaşlığı yönündə bir araya gətirməsi baxımından dəyərli olduğu qeyd olunub.
Layihənin tarix və mədəni görüşlərin təşkil olunması baxımından əhəmiyyətli olduğu vurğulanıb. Sərgi çərçivəsində müxtəlif qurumların açacağı ekspozisiyalarda Türkiyə və İstanbulu tanıdacaq mədəniyyət tədbirləri ilə yanaşı, digər əyləncəli tədbirlərin də təşkili nəzərdə tutulub.
Qeyd edək ki, imza günləri, kəmər və əbru kimi əl işlərinin nümayişinin də planlaşdırıldığı sərgidə 15-dək ərəb ölkəsindən 200-dək nəşriyyat evi təmsil olunur.
Sərgi iyulun 31-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar