Mövcud iqtisadi çətinlikləri nəzərə alan rusiyalı turistlər istirahətə daha az vəsait xərclənəcək ölkələrə üstünlük verirlər. Bu sırada Azərbaycan da var.
Skyscanner.ru onlayn bronlaşdırma saytının məlumatına görə, bu il Rusiyadan Gürcüstana ailəvi səyahətə gedən rusiyalıların sayı ötən illə müqayisədə 63% artıb. Siyahıda ikinci yerdə Azərbaycandır və bu il artım 31 % təşkil edib. Ötən illə müqayisədə rusiyalı turist səfərlərinin sayının artdığı ölkələr arasında Bolqarıstan (28%) və Kipr (25%) də var.
Məqalədə deyilir ki, Qafqaz ölkələri Rusiya turistlərini aşağı qiymətləri, qastronomik bolluğu, gözəl təbiəti və dil maneəsinin olmaması ilə daha çox cəlb edir. Bolqarıstana daha çox aşağı qiymətə olan yeməklərinə, təmiz dənizinə, Kiprə isə Rusiyadan vizasiz gediş-gəliş olduğu üçün üstünlük verirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar